10 
Sen
2020
13:42
2775

"İkinci dalğa başladı" - Nazirdən AÇIQLAMA

"Təəssüf ki, dünyanın bütün epidemioloqlarının ehtimal etdikləri ikinci dalğa artıq Gürcüstanda başlayıb.

İnterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava hökumət iclasında danışıb.

“Hökumət ilk gündən epidemioloji vəziyyətə nəzarət etmək üçün əlindən gələni etdi. Əlbətdə ki, əhaliyə koronavirusun yox olacağını vəd edə bilmərik, bu hələ mümkün deyil, amma söz verdiyimiz şey, pandemiyaya baxmayaraq birlikdə yaşamağı öyrənəcəyik və elə bunu da edirik. Artıq bir dəfə etdiyimiz kimi böyük məhdudlaşdırıcı tədbirlərin qarşısını almaq üçün əlimizdən gələni edirik. Əlbətdə ki, iqtisadiyyatımız belə bir zərbəyə dözə bilmir. Ancaq Tibb işçilərimizin peşəkarlığı sayəsində bu prosesi nisbətən ağrısız keçəcəyimizi ümid edirik " dedi Turnava.

Bizimlə əlaqə saxlayın