10 
Sen
2020
12:21
1438

Toyda koronavirusa 5 yeni yoluxma halı qeydə alındı

"Tbilisidə, adını çəkmək istəmədiyim bir restoranda keçirilən toyda, 5 yeni yoluxma halı qeydə alındı".

İnterPress.ge xəbər verir ki, bu haqda Baş Nazir Qiorqi Qaxaria hökumət iclasında danışıb.

Onun sözlərinə görə, bu səbəbdən hökumətin fərmanında belə ritual tədbirlərdə 10-dan çox insanın iştirakını qadağan edən dəyişiklik edildi.

"Ritual tədbirlərə gəldikdə isə , təəssüf ki, bunun vətəndaşlarımızın bəzi narahatlıqlarına və bəlkə də qıcıqlanmasına səbəb olduğunu başa düşürük, lakin diqqətəlayiq bir nümunə Tbilisidə keçirilən toylardan biridir. Biz bu qərarı vətəndaşlarımızın saölamlığı üçün aldıq" - dedi Qaxaria

Bizimlə əlaqə saxlayın