08 
Sen
2020
15:21
1047

Gürcüstanda bu gün koronavirusa yoluxanlarla bağlı açıqlama verildi

"Koronavirusun təsdiqlənmiş 45 yeni halından 3-nün yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır".

İnterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaianın açıqlama verib,

Onun məlumatına əsasən, 45 yeni haldan 23-ü Acara bölgəsində qeydə alınıb.

“Bizə koronavirusun təsdiqlənmiş 45 yeni halı əlavə edildi və bu say 1729 halı təşkil etdi. 45 yeni haldan 3-ü Dona klasterinə aiddir, 19 nəfər virusdaşıyıcıları ilə təmasdır, 4-ü Aversinin Rustaviudəki filialının tibb işçisidir, 12 nəfərin Acara bölgəsinə gediş-gəliş tarixçəsi var. 3-nün yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır. 45 yeni haldan 23-ü isə Acara bölgəsində qeydə alınıb.

Qeyd edim ki,45 yeni yoluxma halı arasında 5 qrup halı var. Onlar Tbilisidə keçirilən genişmiqyaslı toyda iştirak ediblər.

Sağlamlıqlarına yalnız 6 nəfər qovuşaraq 1321 nəfəri təşkil etdilər. Onların say faizi 76- i təşkil edir" dedi Ezuqbaia

Bizimlə əlaqə saxlayın