07 
Sen
2020
14:28
885

Tbilisi Metropoliteninin iş saatları artır

"21 sentyabrdan etibarən metronun iş saatları artacaq. Metro 21 sentyabr saat 06: 00-dan 12: 00-dək açıq olacaq"

Bu haqda Tbilisi şəhər meriyasından İnterPress.ge-yə bildirilib.

Qurumdan verilən məlumata görə, bərpa işləri başa çatan kimi metro həmişəki kimi işini davam etdirəcək.

Xatırlatmaq istərdik ki, 450 kilometr uzunluğunda elektrik kabeli, siqnalizasiya və havalandırma sistemlərinin dəyişdirilməsi üçün aparılan bərpa işləri ilə əlaqədar olaraq keçən il iyun ayından etibarən Tbilisi Metropoliteni 06: 00-dan 11: 00-dək işləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər