07 
Sen
2020
13:08
612

Gürcüstanda genişmiqyaslı beynəlxalq hərbi təlimlər başlayıb

Gürcüstanda "Layiqli Tərəfdaş 2020" adlı beşinci çoxmillətli hərbi təlimlərə start verilib.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 18-dək davam edəcək təlimlərin rəsmi açılış mərasimi artıq baş tutub.

Hərbi təlimlərlə əlaqədar özünün "Facebook" hesabında paylaşım edən Gürcüstan xarici işlər naziri David Zalkaliani bildirib ki, məqsəd Gürcüstanla ABŞ və NATO üzvü olan ölkələr arasında hərbi qüvvələrin qarşılıqlı əməliyyat qabiliyyətinin, hərbi hazırlığının inkişaf etdirilməsi, Qara Dəniz regionunda sülh və stabilliyi təmin etməkdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər