07 
Sen
2020
11:03
1168

Qiorqi Qaxaria fermerlərə müraciət etdi: "Vicdanlı əməyin və sonrakı qürur hissi ilə qazandığınız gəlirdən daha əhəmiyyətli heç nə yoxdur"

"Yerli hakimiyyət orqanlarının aktiv olmadığını görürsünüzsə, əl-ələ verin və səsinizi çıxarın. Heç bir şey insanlara xidmət etməkdən üstün deyil"

İnterPress.ge xəbər verir ki, Baş Nazir Qiorqi Qaxaria Zuqdididə "Qoz-Fındıq 2020" festivalında çıxışı zamanı yerli fermerlərə müraciət edib.

Onun bildirdiyinə görə, dövlət hər bir fermerə dəstək olmalıdır.

" Biz hamımız birlikdə ailəmizi saxlamalı, kəndlərimizi, şəhərlərimizi, bölgələrimizi və ölkəmizi gücləndirməliyik. Bu bizim məqsədimizdir. Heç nəyə baxmayaraq, biz kənd təsərrüfatına daha çox diqqət ayırmalıyıq. Bu, pandemiya zamanı, ilkin tələbat məhsullarının ölkəyə idxalının problemə çevrildiyi zaman aydın oldu. Bu gün deyə bilərik ki, pandemiyaya baxmayaraq kənd təsərrüfatı məhsullarının ixracı artmaqdadır. Ən əsası vicdanlı əməyin və sonrakı qürur hissi ilə qazandığınız gəlirdən daha əhəmiyyətli heç nə yoxdur. Yerli hakimiyyət orqanlarının aktiv olmadığını görürsünüzsə əl-ələ verin və səsinizi çıxarın. Heç bir şey insanlara xidmət etməkdən üstün deyil" - dedi Baş Nazir Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın