03 
Sen
2020
15:10
2446

Gürcüstanda koronavirus pandemiyası nə vaxta kimi dəvam edəcək? - AÇIQLAMA

"Hamı anlamalıdır ki qlobal pandemiya çağırışdır ki növbəti 1 il, ilyarım onunla yaşamağa məcburuq".

İnterpress.ge xəbər verir ki, bu haqda Qiorqi Qaxaria hökumət iclası başlamadan öncə qeyd edib.

Qaxarianın sözlərinə görə, hökümətin hal-hazırki əsas hədəfi riskləri idarəetməkdir.

"Bilirsiniz ki, dünən koronavirusun 38 yeni halı qeydə alınmışdı. Bu gün isə 20 yeni hal qeydə alınıb. Çox diqqətli olmalıyıq. Dünən ölkə miqyası ilə insanlarda 7186 test aparıldı. Onların cavabları günün ikinci yarısında bəlli olacaq və ölkədə virusun hal-hazırki vəziyyətini çıxacaq cavablardan biləcəyik. Hamı anlamalıdır ki, qlobal pandemiya çağırışdır və növbəti 1 il, ilyarım onunla yaşamağa məcburuq. Bizim əsas hədəfimiz riskləri düzgün idarəetməkdir. Gürcüstan tək başına qlobal pandemiyanı məğlub edə bilməz. İlk növbədə biz maksimal dərəcədə hər şey etməliyik ki, vətəndaşlarımızın sağlamlıqlarını və iqtisadiyyatı qoruyaq.

Bu istiqamətlə bizim müəyyən uğurlarımız oldu və hal-hazırda epidemioloji risklərin düzgün idarəedilməsində Gürcüstan ən uğurlu dövlətlərdən biri kimi tanınır " dedi Q. Qaxaria.

Bizimlə əlaqə saxlayın