03 
Sen
2020
13:28
823

"Gürcüstandan İşlə" proqramı hansı ölkənin vətəndaşlarına işləmək imkanı verir ?

Hökümət tərəfindən elan edilmiş "Gürcüstandan İşlə" təşəbbüsündən artıq 200 dən çox xarici vətəndaş yararlanmaq istəyi ilə müraciət edib.

İnterPress.ge xəbər verir ki, bu haqda Natia Turnava hökumət iclasında qeyd edib.

"Proqram artıq çox tanınır. Hal-hazırda müxtəlif ölkələrdən 200 dən çox xarici vətəndaş bu proqramdan yararlanmaq üçün aplikasiya ilə bizə müraciət edib. Aplikasiyaların daxil edildiyi əsas ölkələr ABŞ, Yaponiya, Cənubi Afrika, Kanada, Yeni Zelandiya və Sinqapurdur" dedi Turnava.

Qeyd edək ki, "Gürcüstandan İşlə" proqramı dünyanın 95 ölkəsinin vətəndaşına Gürcüstandan məsafəli işləmək imkanını verir.

Bizimlə əlaqə saxlayın