03 
Sen
2020
11:34
7814

300 larinin verilməsi ilə bağlı AÇIQLAMA

1 sentyabr tarixinə qədər 251 min 690 nəfər qeydiyyatdan keçib.

InterPress.ge xəbər verir ki, bu haqda Dövlət Agentliyindən verilən məlumatda bildirilib.

"Yeni növ koronavirusun vurduğu zərərin azaldılması üçün, bu proqram, Gürcüstan vətəndaşlarına, daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara və ya vətəndaşlığı olmayan şəxslərə və qaçqın və ya humanitar status altında müvəqqəti yaşamaq icazəsi olan şəxslərə şamil edildi.

Dövlət təzminatını almaq üçün özünüməşğullar 1 avqusta qədər portalda qeydiyyatdan keçməlidirlər. Bu gündən etibarən birdəfəlik 300 GEL təzminat 248 286 nəfərə, ümumilikdə 74 485 800 GEL-ə köçürülmüşdür. Pandemiyadan təsirlənən işçilərə gəldikdə, avqust ayında 95904 nəfərə 200 lari məbləğində təzminat köçürüldü. Ümumilikdə, aprel-iyul aylarında 88.052.200 lari köçürülmüşdür. Vəsaitlər mərhələli şəkildə köçürüləcək ” deyə Agentlikdən bildirilib.

Xatırladaq ki, 300 larilik birdəfəlik yardıma qeydiyyat 2020-ci il 1 avgust tarixindən başa çatıb.

Qeyd edək ki, insanlar arasında yayılan, yenidən 300, 500 və 1000 lari sosial yardımın verilməsi xəbəri dezinformasiyadır. Hal-hazırda dövlət tərəfindən verilən sosial yardım yalnız uşaqlara və kommunal xərclərə şamil edilir.

Bizimlə əlaqə saxlayın