01 
Sen
2020
10:44
478

Rustavidə yaşayış binasında yanğın baş verib

Gecə gec saatlarda Rustavi şəhərində yanğın baş verib. Yanğın, 7-ci mikrorayonda, yaşayış binasının ikinci mərtəbəsində baş verib.

İnterPress.ge xəbər verir ki, hadisə yerinə yanğın söndürənlər, polis və təcili tibbi yardım briqadaları səfərbər edilib.

Xilasedicilər hadisə yerindən ana və iki azyaşlı uşağı çıxarıblar.

Yanğın nəticəsində iki otaq və ev əşyaları yanıb. Bir nəfər isə,xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbi bu mərhələdə məlum deyil.

Bizimlə əlaqə saxlayın