28 
Avq
2020
10:18
1424

Tbilisi - Batumi - Tbilisi istiqamətilə hərəkət edən qatara vaqonlar əlavə olunur

"Sərnişin çoxluğuna xidmətləri böyütmək məqsədilə 28,29,30 avqust tarixlərində Tbilisi - Batumi - Tbilisi istiqamətilə hərəkət edəcək 808/807 nömrəli qatara Gürcüstanın dəmir yolu tərəfindən vaqonlar əlavə olunacaq".

İnterPress.ge xəbər verir ki, "Gürcüstanın dəmir yolu"-dan verilən məlumata görə, qatar, Tbilisidən 10:30-da çıxacaq və 15:30-da Batumidə olacaq. Batumidən isə 19:05 də çıxacaq və Tbilisidə 00:10-da olacaq.

Şirkətin bildirdiyinə görə, biletlər onlayn plataformadan, (Railway.ge; Tkt.ge; Biletebi.ge; Matarebeli.ge ) sürətli ödəmə aparatlarından və bilet kassalatından əldə etmək mümkündür.

"Nəzərə alın ki, Covid-19 - un yayılmasının qarşısını almaq məqsədilə və Səhiyyə nazirliyinin yeni islahatlarına əsasən qatarlarda pledlərin paylanması qadağandır,bort jurnalı və kitabxana müvəqqəti ləğv edilib. Sərnişinlər maskasız buraxılmayacaq və onlar, səyahət edərkən maskanı çıxarmaları qadağan olacaq "-Gürcüstanın dəmir yolu agentliyindən bildirildi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər