24 
Avq
2020
15:36
757

Gürcüstanda bu gün Koronavirusa yoluxanlar haqqında açıqlama verildi

"Koronavirusun on yeni halından beşi xaricdən daxil ediləndir, ikisi isə Lenceri ilə bağlıdır".

İnterPress.ge xəbər verir ki, bu haqda Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru,Marina Ezuqbaia bəyan edib.

Ezuqbaiyanın sözlərinə görə, daha iki təsdiq olunmuş hal kontakta məxsusdur, bir hal üzrə mənbənin müəyyən edilməsi məqsədi ilə epid-tədqiqat aparılır.

E.M-nın məlumatına görə, koronavirusdan sağalanların sayı yoluxanların 80%-ni təşkil edir.

Kovid-mərkəzlərdə müalicəsini 267 pasiyent davam etdirir.

Bizimlə əlaqə saxlayın