24 
Avq
2020
13:57
802

Azərbaycanın XİN rəhbəri Gürcüstana başsağlığı verib

"Gürcüstanın Şatili yolunda baş verən avtomobil qəzası məni kədərləndirir. Qəzada həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik".

İnterPress.ge xəbər verir ki, bu haqda Ceyhun Bairamov öz "Twitter" səhifəsində yazıb.


Duşeti bələdiyyəsinin Şatili yolunda baş verən yol qəzasında 17 nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb.


Xatırladaq ki, hökumətin qərarına əsasən, 25 avqust Gürcüstanda matəm günü elan edildi .

Bizimlə əlaqə saxlayın