24 
Avq
2020
12:05
4494

Marneulidə daha bir ölüm hadisəsi baş verdi

Bu gün saat 11:30 radələrində Marneulinin Rustaveli küçəsində bədbəxt hadisə baş verdi.

İnterPress.ge xəbər verir ki, Marneulinin Gorarxı kənd sakini N.İ anidən pisləşərək həyatını itirdi.

Mərhumun ürək tutmasından həyatını dəyişdiyi güman edilir.

Şahidlərin İnterPress.ge-yə verdiyi məlumata əsasən, təcili tibbi yardım hadisə yerinə 10 dəqiqə gec gəlib.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın