21 
Avq
2020
14:43
2365

Bolnisidə qətllə əlaqədar bir nəfər həbs olundu

Daxili Işlər Nazirinin Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları, 1993-cü il təvəllüdlü S.Ç.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

İnterPress.ge xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət 7 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

"İstintaq müəyyən etdi ki, cari ilin 4 iyun tarixində Bolnisi Bələdiyyəsinin Kvemo Bolnisi kəndində keçmişdə yaşanan qarşıdurmaya görə, bir tanışla - 1988-ci il təvəllüdlü I.Z. ilə görüşdü və onu odlu silahla ölümcül yaraladıqdan sonra hadisə yerindən qaçıb gizləndi"

Qəsdən adam öldürmə faktı, Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır " - Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər