21 
Avq
2020
10:47
736

Tea Çulukiani:"Onlar birbaşa uşaqların gələcəklərini dağıtmaqla məşğuldurlar"

"Həmişə VMH partiyasına uşaqların hüquqlarının müdafiəsi naminə bir səs belə vermədiklərini xatırladıram."


İnterPress.ge xəbər verir ki, bu haqqda Ədliyyə naziri Tea Çulukiani jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, VMH partiyası hökumət tərəfindən uşaqlar üçün həyata keçirdiyi 200 lari sosial dəstək proqramı ilə özünə xal yığmağa cəhd edir.


"Artıq bir neçə partiyanın birləşməsindən ibarət Vahid Milli Hərəkat partiyasına uşaqların hüquqlarının müdafiəsi üçün bir kərpic qoymadıqlarını, bir səs belə vermədiklərini xatırladıram. Onlar birbaşa uşaqların gələcəklərini dağıtmaqla məşğuldurlar.
Biz, Gürcü arzusu, demokratik Gürcüstan tərəfindən hökümətin və baş nazirin uşaqlar üçün həyata keçirdiyi sosial dəstək proqramının VMH partiyası üçün bir alət olmasını qınayırıq. Onlar bununla siyasi xal yazmaq istəyirlər. Bu onların mənəvi üzvləridir. Lakin biz çalışırıq ki 800 000uşaq və onların valideynləri tez vaxtda qeydiyyatdan keçsinlər və uşaqlar üçün nəzərdə tutulan birdəfəlik 200 lari yardım paketindən yararlansınlar. Bilirsiniz ki, artıq qeydiyyatdan keçənlərin sayı 600 000 nəfəri ötüb"- dedi Tea Çulukiani.

Qeyd edək ki, Səhiyyə nazirinin məlumatına görə, müəyyən siyasi partiyalar uşaqlar üçün nəzərdə tutulan birdəfəlik 200 lari yardım etmə proqramını siyasiləşdirməyə cəhd edirlər. Bu haqqda Baş nazir Qiorqi Qaxaria və iqtidar partiya üzvü Mamuka Mdinaradze də açıqlama verib.

Bizimlə əlaqə saxlayın