16 
Avq
2020
14:01
8678

Poniçalada dəhşətli qəzanın təfərrüatları - Mamedovlar ailəsinin 4 üzvü öldü - FOTO

Gecə saatlarında Aşağı Poniçalada ağır yol qəzası baş verib.

InterPress.ge-nin məlumatına görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, 5 nəfər isə xəsarət alıb və xəstəxanaya aparılıb. Ağır xəsarət alanlardan ikisi xəstəxanada dünyasını dəyişib.

Qəzanın təfərrüatları barədə InterPress.ge-yə ölən şəxslərin kəndlisi məlumat verib.

Kənd sakini qeyd edir ki, sürücü axtarışdadır.

"Gecə bir ailənin 7 nəfər üzvü toydan evə gəlirlərmiş - kənddə. Elə öz kəndçimiz olan bir qız maşınla həmin şəxsləri vurur, sürücünün içkili olduğu deyilir. İkisi uşaq olmaqla dörd nəfər ölüb, üçü nəfər isə xəstəxanadadır. Xəstəxanada olanlardan da yenə ikisi uşaqdır biri ağırdır. Sürcü ya qaçıb ya da ki, qaçırdılıb. Qəzaya uğrayanların hamısı bir ailənin üzvüdür", - deyə kənd sakini bildirir.

Daxili İşlər Nazirliyindən InterPress.ge-yə verilən məlumata görə, iki və ya daha çox insanın ölümü ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsinə əsasən istintaq başladıldı.


Bizimlə əlaqə saxlayın



Digər xəbərlər