13 
Avq
2020
12:55
574

Tbilisinin uşaq bağçalarının əməkdaşlarının aylıq əmək haqqları artırılır

Təlim tərbiyə ilinin yenilənməsi ilə bərabər Tbilisinin uşaq bağçalarının əməkdaşlarının aylıq əmək haqqları artırılır.

InterPress.ge xəbər verir ki, bu haqda Tbilisi meriyasından açıqlama verilib.

Tbilisinin uşaq bağçalarının idarəolunması agentliyinin sədri Kaxaber Kvançeladzenin bildirdiyinə görə, əmək haqqlarının qaldırılması Gürcüstan hökümətinin müvafiq qərarına əsasən baş tutub.

"2020-ci ilin təlim tərbiyə ilində uşaq bağçalarının müəllimlərinin əmək haqqlarının artırılması ilə əlaqədar baş nazir ötən ilin Sentyabrında bəyanat vermişdi. Verilən qərara əsasən biz paytaxt meri ilə bərabər ilin başlanğıcında bu istiqamətlə məsələ üzərində işləməyə başladıq. Sevindiricidir ki, yalnız tərbiyyəçilər deyil, eləcə də uşaq bağçalarının bütün əməkdaşlarının ümumilikdə 10800 nəfərin əmək haqqları artırılacaq", - dedi Kaxaber Kvançeladze.

Onun bildirdiyinə görə, əmək haqqları vəzifələrə nəzərən 10 %-dən 20 %-dək artırılacaq.

Təhsil proqramları koordinatorunun aylıq əmək haqqı 15%
Təsərrüfat hissəsi koordinatorunun - 10 %
Sağlamlıq və gigiyena koordinatorunun - 10%,
Tərbiyyəçinin - 20%
Tərbiyyəçi əvəzləyicisinin - 20 %
Musiqi müəlliminin - 10%
Rəqs müəlliminin - 10%
Aşpazın - 10%
Aşpaz köməkçisinin - 10%
Mühafizəçinin - 15 %
Təmizlikçinin - 15%
Yuyucunun - 10 %
İş icraçısının - 10%
Xüsusi pedaqoqun - 20%
Psixoloqun - 10%
Loqopedin - 10%
Kitabxanaçının - 15 %
Fəhlənin - 15%
Bağbanın - 15%
Həyət işçisinin - 15%
Direktorun - 10% və direktor müavininin aylıq əmək haqqları - 10% artacaq.

Kvançeladzenin sözlərinə görə, əmək haqqlarının artırılması ilə əlaqədar olaraq illik əmək haqqı fondu 8 86 773 lari artırıldI.

Bizimlə əlaqə saxlayın