13 
Avq
2020
09:26
1801

Gürcüstanda sorğu keçirildi - əhali seçkilərdə hansı partiyanı dəstəkləyəcək?

Bu həftə parlament seçkisi keçirilsə idi əhalinin 33 %-i Gürcü arzusu - demokratik Gürcüstan partiyasına səs verərdi.

InterPress.ge xəbər verir ki, bu barədə Beynəlxalq Respublika institutunun apardığı tədqiqatlar nəticəsində məlum olub.
Tədqiqata görə əhalinin 16 %-i Vahid Milli Hərəkat partiyasına səs verərdi.

Üçüncü yerdə isə Avropalı Gürcüstan partiyasıdır ki, əhalinin 5 %-i səs verərdi.

Əhalinin 3 %-i Yeni Gürcüstan Ağmaşenebeli strategiyasına səs verərdi.

Əhalinin 3 %-i Vətənpərvərlər alyansını dəstəkləyir.

Leyboristlər partiyasını əhalinin 2 %-i dəstəkləyir.

Vətəndaş hərəkatını 2%-i dəstəkləyir.

Əhalinin 2 %-i Lelo Gürcüstan üçün dəstəkləyir.

Əhalinin 2 faizi Qirçi partiyasını dəstəkləyir

Sorğuda iştirak edən əhalinin 17 %-i isə hansı partiyanı dəstəkləyəcəyini bilmir. 11 faiz isə sorğuda iştirak etməkdən imtina edib.

Tədqiqatlar Beynəlxaq Respublika İnstitutunun adı ilə Baltik tədqiqatları və Qelapi təşkilatının nümayəndəsi doktor Rasa Aliauşinski tərəfindən 2020-ci ilin 4 iyun - 2 İyul tarixləri ərzində aparılıb. Statistika götürülən müsahibələr zamanı toplanıb. Sorğuda 1500 nəfər iştirak edib. Statistika yaşa, qenderə, bölgəyə və yaşayış yerinə nəzərən ölçülüb. Əlçatanlıq +/- 2,5 faiz, cavab nisbəti 66 faizdir. Tədqiqat Amerika xalqının dəstəyi, ABŞ-ın beynəlxalq inkişaf agentliyi vasitəsilə baş tutub.

Bizimlə əlaqə saxlayın