12 
Avq
2020
12:17
2485

Baş nazir karantinlə bağlı yayılan şayiələrə münasibət bildirdi

"Şayiələr gəzir və eləcədə bəzi KİV- lər vasitəsilə bildirilir ki, guya Kazbeqdə məhdudiyyətlər qüvvəyə minəcək. Bu belə deyil orada heç bir təhlükə yoxdur. Larsda və Kazbeqdə epidemioloji vəziyyət idarə olunandır.

InterPress.ge xəbər verir ki, bu haqda baş nazir Qiorqi Qaxaria qurumlararası koordinasiya şurasının növbəti iclasında qeyd edib.

Onun bildirdiyinə görə, bu günədək 54 205 TIR sürücülərində testlər keçirilib və onlardan 788 - də koronavirus aşkarlanıb.

"Biz TIR sürücülərində tədqiqatlar aparmağa başlayan gündən bu günədək 54 205 TIR sürücüsündə testlər keçirilib bunlardan 788 nəfərində koronavirus aşkarlanıb. Bu elə də böyük rəqəm hesab edilə bilməz lakin bir nəzarətsiz şəxs böyük çağırışlar yarada bilər. Bu istiqamətlə böyük diqqətə və nəzarətə ehtiyyac var.

Bundan başqa bilirsiz ki, daxili işlər nazirliyinin Lars keçid punktunda işləyən bir neçə əməkdaşında koronavirus aşkarlanıb. İndi isə bəzi KİV-də şayiə işıqlandırılır ki, guya hökumət eləcə də Kazbeqdə məhdudiyyətlər tətbiq edəcək. Ancaq qeyd edim ki, buna ehtiyac yoxdur çünki orada epidemioloji vəziyyət idarə olunandır. Buna görə də yayılan məlumat yalnız şayiədir və orada heç bir məhdudiyyət tətbiq edilməyəcək ", - deyə Qaxaria qeyd edib.

Bizimlə əlaqə saxlayın