09 
Avq
2020
18:48
716

Gömrükdə işləyən şəxsdə koronavirus aşkarlandı

Gurjaani Bələdiyyəsinin Vejin kəndində yaşayan bir kişiyə koronavirus diaqnozu qoyuldu.

InterPress.ge xəbər verir ki, yoluxan şəxs Lars gömrük keçid məntəqəsində işləyir.

Məlumatı Gürjaani Xalq Sağlamlığı Mərkəzi təsdiqləyib. Epidemiolog Manana Qoqaşvilinin dediyinə görə, yoıuxan şəxs 4 gün əvvəl ailəsinin içində olub, buna görə əlaqədə olan bütün insanlar özlərini təcrid edir, baxmayaraq ki, bunların heç birində virusun şübhəli simptomu yoxdur.

Yoluxmuş şəxs hazırda Tiflis Xəstəxanasında müalicə olunur. İnfeksiyanın mənbəyi hələ məlum deyil.

Bizimlə əlaqə saxlayın