09 
Avq
2020
16:17
902

Yanacaqdoldurma məntəqəsi qarət olundu

Çiaturada qarət hadisəsi baş verib.

InterPress.ge-nin yerli KİV-lərə istinadən məlumatıma görə, silahlılar yanacaqdoldurma məntəqəsinə girib və yerində olan operatordan pul tələb ediblər.

Məlumata görə, qarətçilər bir neçə yüz lari götürüblər.

Yanacaqdoldurma məntəqəsinin işçisi dindirilmək üçün aparılıb.

Hadisə yerində məhkəmə ekspertləri işləyir, faktla bağlı istintaq başladıldı.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq soyğunçuluğu nəzərdə tutan 178-ci maddə ilə başladılıb.

Bizimlə əlaqə saxlayın