09 
Avq
2020
10:06
1875

DİN Axalkalakidə baş verənlərlə bağlı bəyanat yayır

Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti Polis İdarəsi, Axalkalakidə ötən gecə baş verənlərlə bağlı bir nəfər saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat-istintaq hərəkətləri nəticəsində A.G. Qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmək ittihamı ilə həbs olunub.

İstintaqla müəyyən edilib ki, mübahisə zəminində təqsirləndirilən A.G., 1993-cü il təvəllüdlü V.M.-nı ov tüfəngindən yaralayıb. V.M. Xəstəxanaya aparılmadan ölüb.

Hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxs, isti izlər üzrə həbs olunub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi və Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz silah saxlamasını nəzərdə tutan 236 və III və IV maddələri ilə araşdırılır.

Cinayət, 7 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın