07 
Avq
2020
09:24
711

Baş nazir öldürülən gənc qızın ailəsinən nə vaxt görüşəcəyini açıqladı

"Tamar Baçaliaşvilinin ailəsi ilə istintaq prosesi bitdikdən sonra görüşəcəm".

InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın baş naziri Qiorqi Qaxaria keçirdiyi brifinqdə qeyd edib.

Onun bildirdiyinə görə, məsuliyyətsiz insanlar tərəfindən icra edilən polis və hüquq sisteminə qarşı deleqitimasiyaya icazə verməyəcək.

"Mən baş vermiş hadisəyə görə dərindən kədərləndiyimi bildirirmək istəyirəm. Bu böyük bir faciədir. Ailəyə baş sağlığı verirəm. Bu yalnız ailənin deyil bütün ölkənin faciəsidir. Mən bu ölkənin baş naziri kimi institutlara hörmətlə yanaşmağa məsuliyyətliyəm. Mən ailə ilə birlikdə istintaqın başa çatmasını gözləyirəm. Mən məsuliyyətsiz insanlar tərəfindən icra edilən polis və hüquq sisteminə qarşı deleqitimasiyaya icazə verməyəcəm. Bu ilk növbədə bizim övladlarımız üçün təhlükəsizliyi üçün böyük riskdir. Buna görə də biz heç kimə bu imkanı verməməliyik", - dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın