07 
Avq
2020
08:22
1810

Gürcüstanda ağır yol qəzası - 3 ölü, 2 yaralı - FOTO

Tbilisinin Guramişvili prospektində avtomobil qəzası baş verib.

InterPress.ge məlumat verir ki, yüksək sürətlə hərəkət edən avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə oturan 3 nəfər yerindəcə ölüb. Digər iki sərnişin yaralanıb və xəstəxanaya aparılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirildiyi kimi, Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsinə əsasən yol hərəkəti təhlükəsizliyinin pozulmasını və ya iki və ya daha çox insanın ölümü ilə nəticələnən hadisəyə görə istintaq başladılıb.

თბილისში, გურამიშვილის გამზირზე ავტოსაგზაო შემთხვევის შედეგად სამი ადამიანი დაიღუპა

Bizimlə əlaqə saxlayın