06 
Avq
2020
15:44
7749

Nazir uşaqlar üçün 200 larini nə vaxt veriləcəyini və necə veriləcəyini açıqladı

"Yaşı 17 və ondan az olan uşaqlar bir dəfəlik 200 lari yardım ala biləcəklər. Bu yardım 1-15 sentyabr tarixləri arasında veriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradzenin qeyd edib.

Tikaradzenin sözlərinə görə, yardım almaq üçün portal yaradılacaq və müvafiq sənədlər portala yüklənəcək.

“Ərizələrin və müvafiq sənədlərin yüklənməsi üçün səhiyyə nazirliyi işləyir. Biz çalışırıq ki sənədlərin yüklənəcəyi portal asan olsun ki, uşaqlarımızın rifahı üçün yardım paketi tez və vaxtında ödənilsin. Əminəm ki, təhsil tədris ili başlayanadək uşaqların yardım paketi ödənmiş olacaq”- dedi Ekaterine Tikaradze.

Bizimlə əlaqə saxlayın