06 
Avq
2020
13:19
11087

Qeydiyyatdan keçib 300 lari ala bilməyənlərə ŞAD XƏBƏR

Hökumətə 300 GEL yardım üçün müraciət edən bütün özüməşğullar, o cümlədən təqdim ediləcək sənədlərin tələblərinə cavab verməyənlər 300 GEL yardım alacaqlar.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria hökümətin bu günki iclasında pandemiyadan irəli gələn problemdən zərərçəkən özüməşğulların yardımları sentyabr ayınadək ödənəcəyini açıqladı.

Baş nazirin sözlərinə görə, bununlada özüməşğulların proqramı sona çatır.

“Özüməşğullara yardım proqramının 3-cü mərhələsinə başlamazdan əvvəl komponenti bağlamaq istəyirəm. Bu özüməşğullara dəstəkdir. Bu proqramı bir neçə ay əvvəl başlamışdıq və hökümətə 250 000 vətəndaş müraciət edib. Bu yardımdan 170 000 vətəndaş yararlanıb. 3-cü mərhələyə başlamazdan əvvəl sosiyal yardımdan qalan 80 000 vətəndaş da yararlansın. Tələb olunan sənədləri təqdim edə bilənlər özüməşğullar 300 lari yardımdan yararlana biləcəklər və bununla da bu proqramı sonlandıracağıq” - dedi Qiorqi Qaxaria

Bizimlə əlaqə saxlayın