05 
Avq
2020
23:29
1317

Lilo bazarında 12 nəfər cərimələndi

Gürcüstanın Səhiyyə Nazirliyinin əmək inspeksiyası departamenti tərəfindən həyata keçirilən planlı yoxlanış çərçivəsində, Lilo Bazarında 12 subyekt cərimələndi.

InterPress.ge xəbər verir ki, cərmələnməyə səbəb Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə bağlı işlədilən rekomendasiyaların pozulması olub.

Lilo bazarının direktoru Giorgi Kavaratsxelianın verdiyi məlumata görə, cərimələnən 12 biznes-operatordan ikisi, hüquqi şəxslərdir, ona görə də, cərimə məbləği 10 000 lari təşkil edir.

Bazar menecmentinin məlumatına görə, Səhiyyə Nazirliyinin əmək inspeksiyası departamentinin əməkdaşları bazar ərazisini bir həftə bundan öncə yoxladılar.

Bizimlə əlaqə saxlayın