05 
Avq
2020
23:24
586

Öldürülən gənc qızın sevgilisi özünü təhlükəsiz hissetmədiyindən danışdı

Özünü Tamar Baçaliaşvilinin sevgilisi kimi tanıdan Baçana Lobjanidze İsveçrədən sığınacaq istəyə bilər.

InterPress.ge xəbər verir ki, o bu haqda Palitranın Axşamın nyusrumu verlişində müsahibə verərkən qeyd edib.

Onun dediyinə görə, o, Gürcüstanda özünü təhlükəsiz hiss etmir və İsveçrəyə getməyi tövsüyyə ediblər.

“Mən özümü təhlükəsiz hiss etmirəm . İsveçrəyə getməyi tövsüyyə ediblər. Mən bu işi buradan qazana bilməyəcəyəm. Evimin ətrafına kameralar yerləşdirməyi düşünürəm”, - dedi Baçana Lobjanidze.

Bununla bərabər o, şübhələnir ki, ona “ torba tikirlər”.

“ Mənə “ torba tikilməyə” dair şübhələrim var. Bilmirəm kimdir çünki, orada mənim telefonum, şəxsi məlumatlarım var. Ümumiyyətlə dövlətin məni haqqımda nə düşündüyünü, haqqımda hansı məlumata sahib olduğuna dair bilməyə hüququm çatır. Dünən getmişdim və mənə dedilər ki, fövqəladə rejimlə götürüblər. Hakimin qərarı var idi. Mən bu gün də müraciət edəcəyəm çünki, orada mənim şəxsi məlumatlarım yer alır. Bundan başqa mənim orada 120 gb çipim var ki, içində başqa məlumatlar da yer alır”, - deyə Baçana Lobjanidze qeyd edib.

Bizimlə əlaqə saxlayın