05 
Avq
2020
23:23
758

Gürcüstana turistlər gəlməyə başladı

"Münhen və Paris reysləri ilə gələn turistlər Gürcüstanda karantindən keçmədən daxil olublar".

InterPress.ge xəbər verir ki, bu barədə Turizm administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, bu reyslərlə Gürcüstan vətəndaşları da gəliblər. Onlar ikili vətəndaş statuslarına malikdirlər və onlar da karantin rejimindən keçmədən vətənə daxil olublar.

“Sevinirik ki, beynəlxalq aviaşirkətlər requlyar reys təşkilatçılığı ilə ölkəmizin aviasiya və turizm industriyasına qayıdırlar. Dünən Paris reysi baş tutdu. Limanda 188 insan var idi və bunların çoxu turistlər idi. Onlar hava limanını karantinsiz tərk etdilər və indi Gürcüstanda səyahət edirlər. Eyni prinsip eləcə də Münhen istiqamətilə olan reysə də tətbiq edildi. Bu reyslə gələnlərin çoxu turist idi”- dedi Mariam Kvrivişvili.

Bizimlə əlaqə saxlayın