05 
Avq
2020
11:13
294

Öldürülən gənc qızın ailə üzüvlərinin tələbinə Daxili İşlər Nazirliyi bəyanat yaydı

Daxili işlər nazirliyi Tamar Baçaliaşvilinin işi ilə əlaqədar Amerikanın istintaq bürosu ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

InterPress.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyindən bildirilir.

Nazirlikdən verilən məlumata görə, nazirlik sözügedən məqsədlə ailəyə görüş təklif ediblər.

“Onlar tərəfindən edilən açıqlama ilə əlaqədar Daxili İşlər Nazirliyi Tamar Baçaliaşvilinin vəkili ilə əlaqə saxlayıb. Nazirlik sözügedən prosesdə Amerikanın istintaq bürosu ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib və bu məqsədlə ailəyə görüş təklif ediblər”, - nazirlikdən açıqlanıb.

Qeyd edək ki, ölən proqramçı Tamar Baachaliaşvilinin ailə üzvləri bu gün Daxili İşlər Nazirliyində görüşdə olacaqlar.

Bizimlə əlaqə saxlayın