05 
Avq
2020
09:51
736

Gürcüstanda koronavirusa yoluxanların sayı yenə yüksəldi

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 15 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 1197 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 12 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 974-ə çatıb.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 7066 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 17 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın