05 
Avq
2020
09:44
684

Amiran Qamğrelidze Gürcüstanda virusun vəziyyətindən danışdı - "Panikaya səbəb yoxdur"

"Ökədə panikaya səbəb yoxdur epidemioloji vəziyyət idarəolunandır".

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amiran Qamğrelidze jurnalistlərə müsahibə verib.

Onun sözlərinə görə, son zamanlarda aşkar edilən koronavirus hallarının çoxunun mənbəyi bəllidir.

“Hər gün təkrəqəmli hallarımız olur. Dünən saat 9:00- a olan vəziyyətə görə 3 yeni koronavirus halı təsdiq olunmuşdu. Keçən günlərdə də təkrəqəmli hallar var idi. Dünənki koronavirus yoluxmasının birinin mənbəyi dərindən araşdırılır. Hal hazırda panikaya heç bir səbəb yoxdur. Epidemioloji vəziyyət idarəolunandır. Əgər biz bu vəziyyəti qoruya bilsək ölkəmiz üçün heç bir təhlükə mövcud olmayacaq”, - deyə Amiran Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın