04 
Avq
2020
20:56
1430

Öldürülən gənc qızın valideynləri ABŞ səfirliyinin nümayəndələri ilə görüşdü - NƏTİCƏ?

Qətlə yetirilən Tamar Baçaliaşvilinin valideynləri Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyinin nümayəndələri ilə görüşüblər.

InterPress.ge xəbər verir ki, Tamar Baçaliaşvilinin anası səfirlik nümayəndələrinə öz tələbini bildirib.

“Mən bunun böyük uğur olduğunu hesab edirəm. Bunu gözləmirdik. Bizə dedilər ki, hal hazırda Keli Deqnan səfirlik binasında deyil və o gəlincə biz təfərrüatları ilə səfirə danışacağıq. Nə baş verir təfərrüatı ilə danışdım. Onların dediklərinə görə federal büronun müdaxiləsini dövlət tələb etməlidir. Mən isə əgər hökumətin buna etirazı olarsa bütün hüquqlarımı qoyacağımı və burada aclıq elan edəcəyimi bildirdim”, - deyə Teona Tamazaşvili qeyd etdi.

Tamar Baçaliaşvilinin atasının sözlərinə görə, səfirlik nümayəndələrinə onun övladının işi ilə əlaqəli bütün hadisəni təfərrüatı ilə danışıb.

“Mən onlara hər şeyi danışdım. Bu hadisənin baş verməsinə çox üzüldülər. Əllərindən gələni edəcəklərinə dair bizə ümid verdilər. Federal büroya dövlət müraciət etməlidir əks təqdirdə başqa yollara əl atacağam”, - dedi Gumber Baçaliaşvili.

Bizimlə əlaqə saxlayın