04 
Avq
2020
13:51
1113

Gürcüstanda bu hərbiçilərə ev verilir - RƏSMİ

Gürcüstanın müdafiə naziri tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihənin həyata keçirilməsi başladı. Layihə ilə nazirliyin balansında olan 5000 mənzil hərbi xidmətçilərin ailələrinə onların sosiyal imkanlarını yaxşılaşdırmaq məqsədilə veriləcək. Evlərin qanuniləşdirilməsi prosesi artıq başlayıb.

InterPress.ge xəbər verir ki, bu haqda Müdafiə nazirinin müavini Guanşer Burculadze müdafiə nazirliyində baş tutan brifinqdə açıqlama verdi.

Nazirlikdən verilən açıqlamaya görə, evlərin təqdim edilməsi prosesinin effektli və ədalətli icra edilməsi məqsədilə Müdafiə Nazirinin əmri ilə nazirliyin və müdafiə qüvvələrinin müvafiq nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb.

“Qeyd edilən komissiya ərziələri və müvafiq sənədləri individual mövqe ilə nəzərdən keçirəcək və nazirə müvafiq tövsüyyələr veriləcək. Ərizələrin qəbulu və müvafiq tövsüyyə layihəsinin hazırlanması müdafiə qüvvələri əsgərlərinin lojistik təminetmə momandanlığı tərəfindən baş tutacaq.

Nazirliyin balansında olan 5000 –dək evin faktiki sahiblərinə qanuniləşdirilməsi haqqında qətnamə nəticəsində minlərlə ailənin uzunillər həll olunmaz qalan problem öz həllini tapmış olacaq və onların sosiyal imkanları bu yolla yaxşılaşdırılacaq. Nazirliyin balansında olan 5000-dək ev keçmiş hərbi xidmətçilərə, məcburi köçkünlərə, sosiyal aztəminatlılara və Gürcüstanın digər vətəndaşlarına rəsmi veriləcək”, - nazirlikdən bildirilir.

Bizimlə əlaqə saxlayın