04 
Avq
2020
10:13
2675

Öldürülən gənc qızın vəkilindən Tamar Baçaliaşvilinin ölümü ilə bağlı şok açıqlama

Öldürülən 23 yaşlı Tamar Baçaliaşvilinin vəkili Mixeil Ramişvili bu hadisənin xüsusi xidmət orqanları ilə əlaqəli ola biləcəyini istisna etmir.

InterPress.ge xəbər verir ki, o, bu haqda Palitra niyusun efirində gedən "360 dərəcə" verlişində deyib.

Vəkil hansı ölkənin xüsusi xidmət orqanlarını və Gürcüstanın xüsusi xidmət orqanlarını nəzərdə tutduğunu dəqiqləşdirmir.

"Yəqin ki, öz işindən irəli gələn elə bir məlumat əldə edib ki, nəticə bu cür oldu. Qrup şəklində qətl istisna deyil çünki, bu 1 nəfərin edəcəyi bir iş deyil. Təfərrüatlı danışa bilmirəm" - dedi Ramişvili.

Qruplu şəkildə qətl deyəndə nəyi nəzərdə tutursunuz kriminal aləmi yoxsa xüsusi xidmət orqanlarını sualına vəkil bu cür cavab verdi.

"Xüsusi xidmət orqanlarını... Hər şey ola bilər. Həqiqəti üzə çıxarmaq üçün kimin hansı addımı atacağı ortada olan kimin nə marağı olduğunu göstərəcək. Bilirsiniz ki, ideal heç nə yoxdur, mütləq hardasa nə isə qalır. Nəyisə universal şəkildə hesab edə bilməzsən ", - deyə Vəkil Ramişvili qeyd edib.

Bizimlə əlaqə saxlayın