04 
Avq
2020
09:49
930

Ölən gənc qızın anasını Qaxaria qəbul etmədi, o isə belə münasibət bildirdi

"Öz övladları yaxşıdır, mənim övladım isə dünyasını dəyişib ya yox onun üçün önəmli deyil yəqin ki".

InterPress.ge xəbər verir ki, bu haqda öldürülən 23 yaşlı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili Qiorqi Qaxaria ilə bağlı deyib.

Onun sözlərinə görə, o, Qaxaria ilə görüşəcəyini ümid edirdi.

"Tamamilə görməməzdikdən gəlməkdir. Mənim növbəti addımın bundan asılı idi. Nəyə görəsə qəlbimdə 1 % belə ümid var idi ki, Qaxaria mənimlə görüşəcək, ya telefon əlaqəsi və ya mətbuat xidmətini mənimlə əlaqələndirəcək. Lakin tam görməməzdikdən gəlməkdir. Öz övladları yaxşıdır, mənim övladım diridir ya ölü onun üçün önəmli deyil. O, yəqin ki, laqeyd bir insandır, onun daha səmimi, rəğbətli bir insan olduğunu düşündüm təəssüf ki", - dedi Teona Tamazaşvili.

Bizimlə əlaqə saxlayın