03 
Avq
2020
21:52
850

Fövqəladə vəziyyət rejimi zamanı ümumi neçə milyon lari cərimə yazılıb?

Fövqəladə vəziyyət rejimini nəzərə alan məhdudiyyət pozuntularına görə 21 mart – 22 may tarixləri ərzində 8737 nəfər cərimələnib.

InterPress.ge xəbər verir ki, bununla bağlı məlumat Daxili İşlər Nazirliyindən verilib.

Nazirliyin məlumatına görə, 21 mart – 22 may tarixləri ərzində 8716 fiziki şəxs, 21 hüquqi şəxs cərimələnib. Yazılan cərimələrin ümumi miqdarı 26 463 000 laridir.

Hüquq pozuntularının çoxu “komendant saatı” vaxtı 4820 hal qeydə alınıb. Buradan 1850 fakt 3–dən çox şəxsin bir yerə toplanması və ya 2 metrlik məsafənin qorunmaması/ maskadan istifadə etməmək, 1406 fakt sərnişin qaydalarını pozmaq, 430 fakt yüngül avtomobil hərəkəti qaydasını pozmaq, 144 fakt özünütəcrid və ya karantin zonasını tərk etmə,39 fakt qadağan edilmiş obyektlərin fəaliyyəti və ya realizasiyası qaydasını pozmaq, 27 fakt şəxsiyyət vəsiqəsi olmadan gəzmək və 21 fakt hüquqi şəxs tərəfindən fövqəladə rejimlə qadağan edilmiş iş fəaliyyətidir.

Daxili işlər nazirliyinin məlumatına görə, Fövqəladə vəziyyət rejimini nəzərə alan məhdudiyyət pozuntularının təkrar pozuntusuna görə, Gürcüstan cinayət məcəlləsinin 227-ci maddəsi ilə istintaq başladılıb.

Xatırladaq ki, Gürcüstan üzrə karantin rejimi 2020-ci ilin 23 mart tarixində elan edildi və bu rejim 22 may tarixinədək davam etdi.

Bizimlə əlaqə saxlayın