31 
Iyl
2020
14:11
1295

Gürcüstanda 2020-ci ildə neçə nəfər itkin düşüb və hələdə neçə nəfər axtarılır? - STATİSTİKA

2020-ci ilin yanvar ayından Gürcüstanda ümumilikdə 54 insan itkin düşüb. Bunlardan 34-nü polis tapıb, 20 nəfərin isə axtarışı bu hazırdada davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin statistikasında bildirilir.

İtkin düşənlərin yaş kateqoriyalarına gəlincə Daxili işlər nazirliyinin statistikasına görə, cari ilin yanvar ayından iyun ayınadək itən 54 insan arasında 18 yaşınadək olan 13 nəfər var. Qeyd olunan 13 nəfərdən 10-u tapılıb 3-ün isə axtarışları davam edir.

Bu vaxt ərzində 18-dən 24 yaşınadək 5 insan itib onlardan 2-si sağlam, 2-si ölü 1-i isə hələ tapılmayıb.

Yanvar ayından iyun ayınadək itkin düşən 54 nəfərdən 16-sı 40 yaşlı şəxslərdir. Onlardan 8-i tapılıb, 1-i isə ölüb.

54 itkin düşən şəxslərdən 46 yaşından 60 yaşadək olan 12 nəfərdir. Buradan 5-i tapılıb, 2-i isə ölüb.

Itkin düşən 54 nəfərdən 60 yaşdan və daha çox yaşadək 8 nəfər itib. Bunlardan 1-i sağlam tapılıb, 3-ü ölüb, 4-ü isə axtarılır.

Daxili İşlər nazirliyinin məlumatına əsasən itkin düşənlərin 51%-i Gürcüstan vətəndaşlarıdır.

Bizimlə əlaqə saxlayın