31 
Iyl
2020
11:17
1247

Gömrükdə Türkiyə vətəndaşı saxlanıldı - FOTO

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük İdarəsinin nümayəndələri ilə razılaşdıraraq Gürcüstanın gömrük sərhədində həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Türkiyə Respublikası vətəndaşını saxladılar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Maliyyə Nazirliyi yayır.

İstintaq Xidmətindən verilən məlumata görə, istintaq ittiham olunan şəxsin Sarpi gömrük buraxılış məntəqəsi vasitəsi ilə Gürcüstana gizli şəkildə bəyan olunmamış qiymətli metal əşyalarını yük maşınının içərisində gizlətdiyini müəyyən edilib.

İstintaq nəticəsində ələ keçirilən 1 634 qram qızıl əşyanın gömrük dəyəri 175.000 larini keçib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci hissəsinə əsasən aparılır, bu maddədə 5 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər