31 
Iyl
2020
09:45
592

Gürcüstanda koronavirusla bağlı son vəziyyət - yoluxmaların sayı artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 8 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə məlumat Xəstəliklər Nəzarət Milli Mərkəzi tərəfindən yayılıb.

Bununla da ölkədə virusa yoluxanların sayı 1168 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 5 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 940-a çatıb.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 6596 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 17 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər