30 
Iyl
2020
12:37
501

Qamğrelidze: "Vaksinin Gürcüstana tez bir vaxtda gətirilməsi üçün danışıqlar aparılır"

"Covid-19 vaksininin təsdiqlənməsindən sonra Gürcüstana tez vaxtda gətirilməsi ilə əlaqədar danışıqlar aparılır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xəstəliklərə nəzarət və ictimai səhiyyə milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

"Oksford Universiteti və AstraZeneca dərman şirkəti ilə birlikdə hazırlanmış bir peyvənd üzərində danışıqlar aparırıq; AstraZeneca özü ilə əvvəlcədən danışıqlarımız var. Eyni zamanda, bu sahədə ən böyük beynəlxalq təşkilat olan Qlobal Peyvənd Alyansı ilə əsas danışıqlar aparırıq"”, - bu haqda Amiran Qamğrelidze qeyd edib.

Onun qeyd etdiyinə görə, Covid-19 vaksinini Gürcüstanın birinci qəbul edəcəyindən əmindir.

“Qlobal vaksin alyansınınəsas mövqeyi vaksinin bütün ölkələr üçün bərabər əlçatan olmasıdır. Bu alyans vasitəsi ilə son illər ərzində biz 4 yeni vaksin hazırlamışıq. Müvafiq olaraq əminəm ki, vaksin təsdiqləndikdən sonra Covid-19 vaksinini Gürcüstan birinci qəbul edəcək”, - dedi Amiran Qamğreidze.

Bizimlə əlaqə saxlayın