30 
Iyl
2020
12:25
563

DTX rüşvətə görə vəzifəli şəxs saxladı

Dövlət təhlükəsizlik xidmətinin antikorrupsiya agentliyinin əməkdaşları Tbilisi meriyasının müvafiq idarələri ilə əməkdaşlığı çərçivəsində rüşvət alma faktı üzrə Tbilisi meriyasının munisipal müfəttişlik əməkdaşını həbs ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə DTX məlumat verib.

İstintaqla müəyyən olunub ki, Tbilisi meriyasının munisipal müfəttişliyinin Didube rayonu küçə ticarəti üzrə rəhbəri onun fəaliyyətinə aid ərazidə küçə ticarətini gizlətmək məqsədil vətəndaşdan rüşvət kimi 1000 lari ödəməyini istəyib. 29 iyul tarixində isə o, bu məbləği vətəndaşdan götürmüşdür”- DTX tərəfindən yayılan məlumatda deyilir.

İstintaq Gürcüstan cinayət məcəlləsinin 338 ci madəsinin birinci hissəsi ilə aparılır və maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın