29 
Iyl
2020
16:34
2941

Gürcüstanda ən çox bu ölkədən gələnlərdə koronavirus aşkar olunur

Gürcüstanda xaricdən idxal olunan koronavirusa yoluxmaların ən böyük hissəsini Rusiya tutur.

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin və ictimai səhiyyə milli mərkəzini hesabatında qeyd edilib.

Hesabat ölkədə 11 iyul tarixinə olan vəziyyəti nəzərdə tutur.

Daha doğrusu, hesabatda bildirilir ki, xaricdən koronavirusun daxil edilmə hallarının 46,6 faizi (127) Rusiya, 8.4 faizi (23) Türkiyə, 8% (22) Azərbaycan və 7.7%-i (21) Ermənistanın payına düşür.

Bundan əlavə, hesabatda tibb işçilərinə yoluxma halları qeyd olunur.

Belə ki, 11 iyul 2020-ci il tarixinə nəzərən tibbi xidmət göstərən işçilərin COVID-19 yoluxması ilə bağlı 129 halı qeydə alınmışdır ki, bu da ümumi qeydə alınan halların 13,2% -ni (təsdiqlənmiş 980) təşkil edir.O, cümlədən 111 nəfər (86,1%) tibb işçisidir, 18 nəfər isə (13,9%) - texniki heyətdir.

Bizimlə əlaqə saxlayın