28 
Iyl
2020
19:30
3656

Gürcüstan bu ölkənən avqustun 5-dən müntəzəm uçuşlara başlayır

"Gürcüstan və Latviya paytaxtları arasında müntəzəm hava uçuşları 5 avqust tarixindən həyata keçiriləcək".

InterPress.ge xəbər verir ki, bu haqda iqtisadiyyat və davamlı inkişaf nazirliyindən bildirilir.

Nazirliyin bildirdiyinə görə, artıq mülki aviasiya agentliyi ilə və AİRBALTİC aviaşirkəti ilə danışıqlar sona çatıb.

İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın qeyd etdiyinə görə, sözügedən qərar çox önəmlidir. Baltikin 3 dövləti 5 avropa ölkəsinin siyahısındadır. Bu ölkələrlə Gürcüstan şərtsiz şəkildə sərhədini açıb.

“Bununla da Gürcüstan vətəndaşları Baltik ölkələrinə səfər edə biləcəklər. Eləcədə Latviya Litva Estoniya vətəndaşları da Gürcüstana səfər edə bilərlər. Aviauçuşların həyata keçirilməsi ilə əlaqədar olaraq danışıqlar sona çatdı. 5 avqustdan 20 avqustadək həftədə bir dəfə uçuş həyata keçiriləcək. Avqustun 20-dən sonra koronavirusla əlaqəli vəziyyət əlverişli olarsa uçuşlar həftədə 2 dəfə baş tutacaq” - dedi Natia Turnava.

Turnavanın qeyd etdiyinə görə, 2020 ci ilin avqust ayından kommersiv çarterlər eləcədə müntəzəm uçuşlar təhlükəsiz dəhliz çərçivəsində baş tutacaq. Bundan başqa 2020-ci ilin avqust ayından etibarən Münhen, Paris və Riqa istiqamətilə Lübtanza, Ear Frans və Ear Baltik aviaşirkətləri uçuşlar həyata keçirəcəklər.

Bizimlə əlaqə saxlayın