28 
Iyl
2020
12:27
2067

Mərkəz rəhbərinin müavini koronavirus peyvəndinin nə vaxt olacağını açıqladı

"Yeni bir koronavirus peyvəndinin meydana gəlməsi realdır, ancaq qışdan əvvəl olmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze bildirib.

Paata İmnadzenin bildirdiyinə görə, 20-yə yaxın peyvənd tədqiqatın son mərhələsindədir.

"Onların bazarda görünməsi realdır, amma qışdan əvvəl bunun baş verməyəcəyini proqnozlaşdırıram. Əgər qışda bütün istifadəçilər üçün vaksin olarsa bu həqiqətəndə dünyanın uğuru sayılacaq. Zor gücünə küçədə tutub vaksin edəcəklər düşünən insanlara müraciət edirəm Kaş istəyənlərə bu vaksina yetərli olsun. Bugünkü gündə korona ilə elə yaşamalıyıq ki, o, bizi narahat etməsin. Bunun üçün elementar qaydalara riayət etməliyik”,- deyə İmnadze qeyd edib.

Bizimlə əlaqə saxlayın