24 
Iyl
2020
09:05
2278

Tenqiz Çerçvadze: "Gürcüstan möcüzə yaratdı"

"Koronavirus əleyhinə vaksin yaradılanadək koronavirusun təkrəqəmli və cütrəqəmli halları qeydə alınacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu, patoloji və Qiçs mərkəzinin rəhbəri Tenqiz Çerçvadze açıqlama verib.

Onun bildirdiyinə görə, başqa ölkələrin fonunda Gürcüstan "möcüzə yaratdı".

"Bütün dünyada Covid 19-un yeni halları artır. ABŞ həmişə rekord həddə çatır. Ermənistan və Azərbaycanda 500 - 600 hal, Rusiyada 7000-8000, Türkiyədə 1500 hal aşkarlanır. Gürcüstan isə möcüzə yaratdı", - deyə Tenqiz Çerçvadze qeyd etdi.

Çerçvadzenin qeyd etdiyinə görə, xalq artıq unutmağa doğru gedir.

"Yəqin ki, insanın psixologiyası elə yaranıb ki, təhlükəni hiss etmədikdə dərhal toplum şəklində çıxırlar, gəzirlər, mehmanxanalarda dincəlirlər. Sıradan həyat tərzinə əhali tez qayıtdı. Covid heç yerə getməyib. O güclənmiş formada qalır. Lakin Gürcüstan bundan yan keçir. Təəssüflər olsun ki, əgər koronavirus əleyhinə vaksin və ya dərman yaradılanadək onunla bu cür yaşamalı olacağıq. Təkrəqəmli və cütrəqəmli hallar olacaq bunu tibb sektoru hazırlıqlı qarşılamalıdır ki, hallar olsa belə gürcü xalqı özünü diskomfort hiss etməsin, qorunmuş hiss etsin ", - dedi Çerçvadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər