21 
Iyl
2020
21:29
1459

Marneuli meryası "Gənclərin İdeyaları 2020" müsabiqəsinə start verdi

21 İyul 2020-ci il tarixindən etibarən, Marneuli Munisipaliteti Özünüidarəetməsi "Gənclərin İdeyaları Yarışması" çərçivəsində layihələrin qəbul edilməsinə başlayıb.

InterPress.ge xəbər verir ki, layihələr, Marneuli Munisipaliteti ərazisində qeydiyyatdan keçmiş gənclər təşkilatları, təşəbbüs qrupları və fəal gənclər tərəfindən təqdim oluna bilər.

Təqdim olunan layihə və ya tədbirin ideyası sadalanan məqsədlərdən birinə uyğun gəlməlidir:

1. Vətəndaş şüurunun artırılması və inteqrasiyası;

2. Sağlam həyat tərzinin təşviqi;

3. Ətraf mühitin mühafizəsi;

4. Bərabər imkanlar və xüsusi ehtiyacı olan gənclər üçün dəstək;

Hər bir layihə maksimum 3000 lari ilə maliyyələşdirilə bilər.

Layihənin ərizə formasında, təqdim olunan meyarlara uyğun olaraq tam məlumat olmalıdır:

Ərizəçi haqqında məlumat;

- Təşkilatın / fiziki şəxsin adı;

- Ünvan;

- Telefon;

-Elektron poçt;

Layihənin adı;

Məqsəd;

Tapşırıqlar;

Həyata keçirmə yolları / tədbirləri (yeri göstərilməklə);

Layihənin icra tarixi /cədvəli (4 aydan çox olmamaqla);

Layihənin icrasında iştirak edən şəxslər, təklif olunan layihədə onların mövqeləri və konkret vəzifələri:

Xərclərin uçotu /birgə maliyyələşdirmə;

Davamlılıq /uzunmüddətli nəticələr;

Təqdim olunan layihələr, gənclər sahəsində çalışan yerli hökumət və qeyri-hökumət sektorunun nümayəndələrindən ibarət olan xüsusi komissiya tərəfindən qiymətləndiriləcəkdir.

Layihələr, Marneuli Munisipalitetinin dəftərxanasına (kanselariyasına) təqdim edilməli və ya Marneuli Munisipalitetin rəsmi elektron poçtuna göndərilməlidir: [email protected]

Layihəni təqdim etmənin son tarixi 7 avqust 2020-ci ildir.

Əlavə suallarınız varsa, aşağıdakı nömrələrə zəng edin:

Marneuli merinin gənclərlə iş üzrə müşaviri - Adil Əliyev, Tel: 599 39 09 34;

Gənclərlə iş üzrə mütəxəssis - Mariam Tkeşelaşvili, Tel: 591 70 02 45;

Bizimlə əlaqə saxlayın