21 
Iyl
2020
16:28
2564

Rəsmi nikah etmək istəyənlərə şad xəbər

Ədliyyə evi dövlət servislərinin inkişafı agentliyi nikah mərasimi ölkə miqyası ilə servisini yenilədi.

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə nazirliyi məlumat verib.

Agentliyin məlumatına görə, nikaha daxil olmaq istəyən şəxslər rəsmi nikah üçün ölkə miqyası ilə 26 evlənmə evinə müraciət edə bilər.

"Nikaha daxil olmaq istəyən cütlüklər ədliyyə evinə, ictimai mərkəzlərə və ərazi idarələrinə birlikdə müvafiq sənəd təqdim etmək üçün my. gov.ge portalında qeydiyyatdan keçməlidirlər. Bunun üçün təqvimdə vaxtı və ayın tarixini seçməlidirlər. Daha sonra isə qısa sms bildirişi ilə onlara müvafiq kod göndəriləcək ki, bu kodlar onlar servis mərkəzlərinə daxil ola biləcəklər", - qurumdan bildirilir.

Seçilmiş filialda rəsmi nikah filialının yerini, vaxtını və tarixini operator müəyyən edəcək.

Ədliyyə naziri Tea Çulukianinin təşəbbüsü ilə 2013-cü ildən dövlət servislərinin agentliyi nikah mərasiminin yeni standartlarını tətbiq edib. Yeni standartlara cavab verən evləndirmək evləri açıldı, yeni dizaynda nikah şəhadətnaməsi yaradıldı, nikah qeydiyyatçıları üçün isə yeni formada geyim hazırlandı. Adətə görə ədliyyə evindən hədiyyə olaraq "Pələng dərisi geymiş pəhləvan" kitabı təqdim ediləcək.

Xatırladaq ki, nikah mərasimləri üçün qeydiyyat və səyyar Nikah xidməti koronavirusun aradan qaldırılması məqsədilə fövqəladə vəziyyət elan olunduqdan dərhal sonra cari ilin mart ayından dayandırılmışdı. Ədliyyə evləri, ictimai mərkəzlər açıldıqdan sonra nikah prosesi mərasimsiz baş tuturdu.

Bizimlə əlaqə saxlayın