18 
Iyl
2020
09:23
1878

Marneulidə Azərbaycanda döyüşlərdə şəhid olanlar üçün ehsan verildi - FOTO

İyulun 17-də, Marneulidə yerləşən İmam Əli (ə) adına məsciddə Azərbaycan-Ermənistan sərhəddində gedən döyüşlərdə şəhid olan əsgərlər yad edildi.

InterPress.ge xəbər verir ki, tədbir Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və İmam Əli (ə) adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə baş tutub.

Marneuli İmam Əli (ə) Məscidində axşam namazından sonra, Tovuz İstiqamətində gedən döyüşlərdə şəhadətə yetişən, General Polad Haşımov, Polkovnik İlqar Mirzəyev və digər hərbçilərin, xatirəsini anım mərasimi keçirilib.

Məscidin Axundu Hacı Hacıyev, şəhadətin dəyərindən danışıb, şəhidlərin ruhuna Quran və fatihə oxunub.

Məclisin sonunda şəhidlərin adina ehsan süfrəsi verildi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər